Bank Of Baku

Neftçalada sənaye məhəlləsinin yaradılması Azərbaycan İnvestisiya Şirkətinə tapşırılıb

Neftçalada sənaye məhəlləsinin yaradılması Azərbaycan İnvestisiya Şirkətinə tapşırılıb
# 03 fevral 2015 11:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu günlərdə Azərbaycanın Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması ilə bağlı prezident İlham Əliyevin sərəncamı olub. Bu sərəncamın icrası İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan İnvestisiya şirkətinə tapşırılıb.

 

"APA-Economics"in məlumatına görə, İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf görüləcək işlər və bu yaradılacaq sənaye məhəlləsinin mahiyyəti barədə jurnalistlərə məlumat verib.

 

R. Nəcəf bildirib ki, Azərbaycanın dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi nəzərdə tutulur: "Bu siyasətin uğurlu icrası nəticəsində son illərdə ölkəmizdə müxtəlif təyinatlı yeni sənaye müəssisəsi tikilərək istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb. Eyni zamanda hazırda rəqabətə davamlı məhsul istehsalının artırılması məqsədi ilə sənaye parklarının yaradılması istiqamətində işlər aparılır".

 

Onun sözlərinə görə, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün infrastruktura sahib olan kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı üçün nəzərdə tutulan ərazidir: “Sənaye məhəllələrinin əsas üstünlüyü ondan ibarətdir ki, istehsala başlayan sahibkarların infrastruktur xərcləri azalır, digər sahibkarlarla kooperasiya əlaqələri güclənir, regionlarda yeni iş yerləri yaradılır və sənaye müəssisələrinin fəaliyyəti daha da genişlənir. Artıq bu sərəncama uyğun olaraq Azərbaycan İnvestisiya Şirkəti aktiv fəaliyyətə başlayır. Biz Neftçalada artıq ərazi müəyyənləşdirmişik, 10 hektar ərazidə sənaye məhəlləsinin yaradılması nəzərdə tutulur. Qısa müddətə layihələndirmə işləri başlanacaq və sənaye məhəlləsinin artıq infrastrukturunun və orada sahibkarlara icarəyə veriləcək sahələrin tikintisinə başlanacaq”.

 

Şirkətin rəhbəri qeyd edib ki, bu ilin sonuna qədər artıq, sənaye müəssisələrinin birinci fazasının yekunlaşdırılması, yəni orada zəruri infrastrukturun ilkin istehsal sahələrinin yaradılması, sahibkarlara icarəyə verilərək, sənaye müəssisələrində sahibkarların fəaliyyətə başlamasını nəzərdə tutulur”.

 

Onun sözlərinə görə, bu sənaye məhəllələrində əsasən qeyri-neft sahəsində məhsul istehsalı, müvafiq xidmətlərin göstərilməsi nəzərdə tutulur. O Hazırda sahibkarlarla ilkin danışıqların aparıldığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR