Bakı - APA-Economics. Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar 04 fevral 2016-cı il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək Nizami rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.