Bank Of Baku

Nobel Mükafatı laureatı Bakı Ali Neft Məktəbində olub

Nobel Mükafatı laureatı Bakı Ali Neft Məktəbində olub
# 03 oktyabr 2014 16:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. IV Bakı Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində (BANM) tələbələrlə görüşüb.

 

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, tədbiri açan rektor Elmar Qasımov IV Bakı Humanitar Forumunun keçirilməsinin və onun işində dünyanın nüfuzlu siyasətçilərinin və elm xadimlərinin iştirak etməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirib, məşhur alim, 2002-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olmuş isveçrəli professor Kurt Vütrixin BANM-yə təşrif buyurmasından kollektivin şərəf hissi keçirdiyini bildirib. Rektor professor Kurt Vütrixin həyat yolu və elmi fəaliyyəti haqqında tələbələri məlumatlandırıb, qonağa BANM-nin yaranma tarixi, fəaliyyətinin məqsədləri və son 3 ildə əldə etdiyi nailiyyətlər haqqında danışıb.

 

Professor Kurt Vütrix Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrinin sırasında layiqli yer tutduğunu vurğulamış, Azərbaycanda və ölkənin müasir tipli ali təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini, özünün eyni zamanda Sürix Mühəndislik, Elm, Texnologiya, Riyaziyyat və Menecment Universitetində (İsveçrə) və Skripps adına Kaliforniya Elmi-tədqiqat İnstitutunda (ABŞ) çalışdığını bildirib, tələbələrə elmi fəaliyyətinin əsas istiqamətləri olan biologiya, biofizika, elektron paramaqnit rezonans spektroskopiyası üzrə tədqiqatlar haqqında məlumat verib, onların çoxsaylı suallarını cavablandırıb.

 

Görüşün sonunda qonağa BANM-nin “Fəxri qonaq” diplomu təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR