Bakı-APA. “Neftin tələb və təklif balansı 1 ildən sonra bərpa ediləcək”
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Energetika naziri Aleksandr Novak bəyan edib.
“Hesab edirik ki, bu il, uzağı il yarım ərzində neftin tələb və təklifi balansı bərpa olunacaq. OPEC ölkələri arasında razılıq əldə olunmayanadək, neft hasilatının “dondurulmasına” dair məsləhətləşmələrin mənası olmayacaq.”, deyə A.Novak bildirib.