Bank Of Baku

Novak: “Rusiya OPEK+ qərarını may və iyun ayında 100 faiz icra edəcək”

Novak: “Rusiya OPEK+ qərarını may və iyun ayında 100 faiz icra edəcək”
# 25 may 2018 11:58 (UTC +04:00)

"Rusiya neft hasilatının azaldılması ilə bağlı OPEK+ qərarını may və iyun ayında 100 faiz icra edəcək". APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak Sankt-Peterburq beynəlxalq İqtisadiyyat Forumunda keçirilən “Enerji paneli” sessiyasında bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın may və iyun aylarında neft hasilatının həcmi ilə bağlı yeni qərarı hələlik yoxdur: “Biz OPEK+ qərarını 100 faiz icra edəcəyik".

 

Rusiyalı nazir 2018-ci il üçün neftin qiyməti ilə bağlı proqnozunu da verib. Onun fikrincə, bu il neftin orta qiyməti 60 dollardan yuxarı olacaq: “Hazırkı qiymətlərin yüksək olduğunu nəzərə alsaq, bu il ərzində neftin orta qiymətinin 60 dollardan yuxarı olacağını söyləmək olar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR