Bank Of Baku

Növbəti Xəzər Forumu gələn ay İstanbulda keçiriləcək

Növbəti Xəzər Forumu gələn ay İstanbulda keçiriləcək
# 07 noyabr 2013 10:52 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Növbəti Xəzər Forumu dekabrın 4-5-də İstanbulda keçiriləcək.

 

APA-Economics”in xəbərinə görə, bu barədə forumun təşkilatçısı olan Xəzər Strateji İnstitutunun saytında məlumat yerləşdirilib.

 

“Xəzərin təyinatı” mövzusunda keçiriləcək tədbirdə energetika və nəqliyyat məsələləri təyinatın iki əsas istiqaməti kimi nəzərdən keçiriləcək. Forumda regionun enerji ehtiyatları, iqtisadiyyatın diversifikasiyası, nəqliyyat layihələri və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

 

Tədbirin məqsədi çoxtərəfli əməkdaşlıq məkanının yaradılması və geopolitik rəqabətin qarşısının alınmasıdır. Forumda rəsmi şəxslər, siyasətçilər, elmi dairələrin, biznes strukturlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR