Bu ilin iyun ayında SOCAR tərəfindən Novorossiysk limanından 159,826 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 0,16% çoxdur.
"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, may ayı ilə müqayisədə isə bu qeyd edilən kəmərlə nəql olunan neftin həcmi 88,85% artıb.
Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Novorossiysk limanından 733,664 min ton xam neft ixrac edilib ki, bu da 2016-cı ilin ilk yarısı ilə müqayisədə 53,14% çoxdur.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.