Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7 041 yeni abonent qeydiyyata alınıb.
ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, onların 5 201-i Bakı, Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 1 840-ı isə regionların payına düşüb.
Bu ilin noyabrında əhali sektoru üzrə 277 386 049 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 96,3% vəsait toplanıb.
Bu ilin yanvar-noyabr ayları ərzində isə əhali sektoru üzrə 103,5% vəsait toplanıb. Nəticədə bu ilin 11 ayında debitor borc 6,8% azalıb.
Dekabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 120 009 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, qeyri-əhali sektoru üzrə 266 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.