Bank Of Baku

Noyabrın 10-da Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılacaq

Noyabrın 10-da Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılacaq
# 06 noyabr 2015 14:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, noyabrın 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-1'', “Zirə-3'' və “Yeni Zabrat” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Zabrat 1 və Balaxanı, həmçinin Xəzər rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR