Bank Of Baku

Odessada sayca 11-ci “SOCAR” yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Odessada sayca 11-ci “SOCAR” yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
# 10 dekabr 2014 15:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın yanacaq bazarında mövqeyini möhkəmlətməkdə davam edir.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Odessada “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bu, sayca Odessada 11-ci, bütün Ukrayna üzrə isə 43-cü “SOCAR” yanacaqdoldurma kompleksidir.

 

Ümumi sahəsi 123,5 kv. metr olan məntəqədə eyni zamanda 6 avtomobilin yanacaqla təchiz edilməsinə imkan verən 3 ikitərəfli paylayıcı qurğu fəaliyyət göstərir. YDM-də Polşa, Litva və Belarusun emal zavodlarında istehsal olunan, “Avro-5” standartlarına uyğun A-92, A-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı reallaşdırılır.

 

Təkərlərin doldurulması, avtomobilin su təchizatı, parkinq, mobil telefonların enerji təchizatı kimi xidmətlər pulsuzdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR