"Biz 2018-ci ildə də bütün ölkələrin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə çalışacağıq".
“APA-Economics” xəbər verir ki, bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Azərbaycan energetika naziri Pərviz Şahbazovla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
"İstərdik ki, əvvəlki ildə hasilatın azaldılması ilə bağlı ölkələrin üzərinə götürdüyü öhdəlik 2018-ci ildə də davamlı olaraq tam şəkildə yerinə yetirilsin", - deyə M. Barkindo vurğulayıb.
OPEC-in baş katibi qeyd edib ki, bu ilin iyun və noyabr aylarında neft bazarında cari vəziyyəti müzakirə etmək üçün OPEC və qeyri-OPEC ölkələrinin nazirlər səviyyəsində görüşü keçiriləcək.