Bank Of Baku

OPEC-in Vyanada keçiriləcək toplantısında təşkilatın uzunmüddətli strategiyasına baxılacaq

OPEC-in Vyanada  keçiriləcək toplantısında təşkilatın uzunmüddətli strategiyasına baxılacaq
# 02 noyabr 2016 21:19 (UTC +04:00)

Noyabrın 30-da Vyanada, OPEC-ə üzv  ölkələrin sayca 171-ci görüşündə təşkilatın uzunmüddətli strategiyasına baxılacaq.

 

APA-Economics-in xəbərinə görə, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir.

 

“Sənəddə üç əsas məqsəd müəyyən ediləcək, energetika sahəsində mümkün ssenarilər və təşkilatın qarşısında duran əsas məsələlərə toxunulacaq" – məlumatda deyilir.

 

Sənədin məzmunu açıqlanmır, lakin bundan əvvəlki versiyalarda uzunmüddətli perspektivdə neftin qiyməti ilə bağlı proqnoz verilir, neft bazarının sabitləşməsinə dair təkliflər yer alırdı.

 

Qeyd edək ki, OPEC-in noyabr sammitində həmçinin neft hasilatının məhdudlaşdırılmasına dair yekun qərarın veriləcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR