Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. OPEC-in baş katibi Məhəmməd Barkindo neft hasilatçılarının 28-29 oktyabr tarixlərində Vyanada keçirəcəyi görüşə ABŞ-ın dəvət olunmasında məna görmür.
"APA-Economics" xəbər verir ki, "Oil&Money Conference 2016" çərçivəsində jurnalistlərin müvafiq sualına baş katib buy cür cavab verib: "Biz ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyirik".
Bundan öncə Qətərin neft naziri Məhəmməd bin Saleh əl-Səda deyib ki, OPEC sözügedən görüşə Rusiya və digər neft hasilatı ilə məşğul olan ölkələrin rəsmilərini dəvət edib.