Bank Of Baku

OPEC hasilatın dondurulması müddətinin uzadılması razılığına gəlib

OPEC hasilatın dondurulması müddətinin uzadılması razılığına gəlib
# 10 may 2017 23:12 (UTC +04:00)

OPEC-ə üzv ölkələr neft hasilatının dondurulmasının müddətinin uzadılmasına dair razılığa gəliblər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın Neft naziri Cabbar əl-Laibi bəyan edib.

 

“Razılıq mövcuddur. Çünki bu qiymətlərin sabitləşməsinə gətirib çıxaracaq. Bu, o cümlədən bizim ölkənin büdcəsinə müsbət təsir göstərəcək”, deyə nazir bildirib.

 

Onun sözlərinə görə, razılaşmanın müddətinin uzadılması məsələsinə mayın 25-də Vyanada keçiriləcək OPEC-in növbəti görüşündə baxılacaq.

 

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR