Bank Of Baku

OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının sutkalıq həcmini 600 min bareldən çox azaltmağı qərara alıblar

OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının sutkalıq həcmini 600 min bareldən çox azaltmağı qərara alıblar
# 10 dekabr 2016 16:54 (UTC +04:00)

OPEK-ə qeyri-üzv ölkələr bu gün Vyanada keçirilən görüşdə neft hasilatının ümumi həcmini sutkada 600 min bareldən çox azaltmağı qərara alıblar.

 

APA-nın xəbərinə görə, bu barədə “Blumberq” məlumat yayıb.  

 

“TASS”ın məlumatına görə,  OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının sutkalıq həcminin 612 min barel azaldılmasına dair razılığa gəliblər. Bu barədə Nigeriya Neft Nazirliyinin "Tvitter" səhifəsində dərc edilmiş məlumatda bildirilir. 

 

Qeyd edək ki, OPEK-ə üzv olan ölkələr noyabrın 30-da neft hasilatının həcmini sutkada 1,2 mln. barel azaldılmasına dair qərar qəbul edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR