Bank Of Baku

OPEK-ə qeyri üzv olan 14 ölkədən cəmi beşi neft hasilatının azaldılmasını müzakirə etməyə razıdır

OPEK-ə qeyri üzv olan 14 ölkədən cəmi beşi neft hasilatının azaldılmasını müzakirə etməyə razıdır
# 09 dekabr 2016 01:24 (UTC +04:00)

OPEK-ə qeyri üzv olan 14 ölkədən cəmi beşi dekabrın 10-da Vyanada neft hasilatının sutkalıq həcminin azaldılmasını müzakirə etməyə razıdır.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə,  OPEK-ə qeyri üzv olan 14 ölkədən yalnız Rusiya, Azərbaycan, Oman, Qazaxıstan və Meksika danışıqlarda iştirak etməyə razılıq verib.

 

Digər mənbə agentliyə bildirib ki, OPEK-ə üzv olmayan  ölkələr, böyük ehtimalla, sutkalıq hasilat həcmini əvvəlcədən nəzərdə tutulan 600 min barel yox, 500 min barelədək azaltmağa razılaşacaqlar.   

 

Rusiya nümayəndə heyətindəki mənbə “TASS”a OPEK-ə qeyri üzv olan ölkələrin görüşünü təxirə salınacağını istisna etməyib: “OPEK-ə üzv olan ölkələrin özlərinin daxilində neft hasilatının azaldılmasına dair ciddi fikir ayrılıqları mövcuddur”.

 

Qeyd edək ki, dekabrın 14-də Vyanada OPEK-ə qeyri üzv ölkələrin görüşü nəzərdə tutulub. Görüşə Azərbaycan da daxil olmaqla, 14 ölkə dəvət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR