Bank Of Baku

OPEK və qeyri-üzv ölkələrin növbəti görüşü 25-26 noyabr tarixlərində keçiriləcək

OPEK və qeyri-üzv ölkələrin növbəti görüşü 25-26 noyabr tarixlərində keçiriləcək
# 29 oktyabr 2016 17:41 (UTC +04:00)

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv neft hasil edən ölkələrin növbəti görüşü 25-26 noyabr tarixlərində keçiriləcək  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

 

“Mən nəticədən çox məmnunam, və biz 25-26 noyabr tarixlərində keçiriləcək  növbəti görüşə hazırlaşırıq”, - deyə Əliyev qeyd edib.   

 

Qeyd edək ki, bu gün Vyanada OPEK və qeyri-üzv ölkələrin texniki görüşü keçirilib.  

 

Neft hasilatının həcminin məhdudlaşdırılmasına dair yekun qərarın OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşündə qəbul ediləcəyi gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR