Bank Of Baku

Operativ qərargah: İtkin düşən neftçilərin axtarışları və yanğının söndürülməsi davam edir

Operativ qərargah: İtkin düşən neftçilərin axtarışları və yanğının söndürülməsi davam edir
# 09 dekabr 2015 08:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

 

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

"Bu gün səhər saatlarından hava şəraitinin pis olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus, o cümlədən SOCAR tərəfindən AZAL-dan götürülən helikopterlərlə axtarışlar davam etdirilib. Sualtı axtarış işləri müvəqqəti olaraq dayandırılıb. Hər-hansı məlumat daxil olsa, gəmilər sahəyə yaxınlaşacaqlar", - deyə B. Ağarəhimov bildirib.

 

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib, lakin bu istiqamətdə görülən tədbirlər davam etdirilir: "Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur. Hava şəraitinin pisləşməsi ilə əlaqədar yanğının söndürülməsini yekunlaşdıra bilməmişik. Yanğının miqyasında artım yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR