Bank Of Baku

Ötən ay Azərbaycan BTC kəməri ilə neftin nəqlini azaldıb

Ötən ay Azərbaycan BTC kəməri ilə neftin nəqlini azaldıb
# 06 sentyabr 2014 08:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 475 365 ton Azərbaycan nefti nəql olunub.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 0,2% azdır.

 

Bu ilin yanvar-avqust aylarında bu kəmərlə 19 570 007 ton neft ötürülüb. Bu, ötən ilin 8 ayı ilə müqayisədə 3,2% azdır.

 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il sentyabr ayının 1-ə qədər BTC-yə 254 886 511 ton neft vurulub. Bundan başqa, ötən ay BTC kəməri ilə ümumilikdə 486 320 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR