Bu ilin yanvar ayında Azərbaycan 874 mln 821,58 min dollar dəyərində 1 mln. 811 min 648,84 ton xam neft ixrac edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından 2017-ci ilin yanvar ayı ilə müqayisədə 159 min 190,72 ton və ya 9,63% çoxdur, məbləğ baxımından isə 211 mln. 053,21 min dollar və ya 31,80% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 663 mln. 768,37 min dollar dəyərində 1 mln. 652 min 458,12 ton xam neft ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayında xam neftin ixracı Azərbaycanın ümumi ixracının 84,22%-ni təşkil edib.