Bank Of Baku

Ötən ay Azərbaycan xaricə benzin ixracını 40 dəfədən çox artırıb

Ötən ay Azərbaycan xaricə benzin ixracını 40 dəfədən çox artırıb
# 02 oktyabr 2014 08:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin sentyabr ayında 8 534 ton avtomobil benzini ixrac edib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 dəfə çoxdur.

 

Ötən ay ölkədən xaricə 83 334 ton dizel yanacağı ixrac edilib ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 48,3% çoxdur. Həmçinin, sentyabr ayında 3,6 dəfə çox və ya 19 174 təyyarə yanacağı və 72 889 ton vakuum qazoylu ixrac edilib.

 

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində 9 280 ton avtomobil benzini ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə  33,8% azdır.

 

Bu ilin 9 ayında ötən illə müqayisədə Azərbaycan 712 941 ton və ya 3,4% çox dizel yanacağı, 138 889 ton və ya 44% çox təyyarə yanacağı ixrac edilib. Həmçinin, bu ilin yanvar-sentyabr aylarında ölkədən 417 ton soba mazutu və 358 772 ton vakuum qazoylu ixrac edilib.

 

Bu ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-906,31 dollar, təyyarə yanacağının - 882,59 dollar, dizel yanacağının -826,08 dollar, 1% kükürdlü mazutun qiyməti 567,01 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR