Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın enerji sistemində 2,3 mlrd. kV/saata yaxın elektrik enerjisi istehsal edilib
“Azərenerji”ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,54% çoxdur.
Xatırladaq ki, 2014-cü il ərzində ölkə enerji sistemində 22,7 mlrd. kV/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu da 2013-cü illə müqayisədə 5,58% çoxdur.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.