Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3,7 mln. ton neft nəql edilib.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac kəməri ilə həyata keçirilib və ötən ay ərzində bu kəmər vasitəsilə 2,9 mln. ton neft ötürülüb.
Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 488,3 min ton tranzit Türkmənistan nefti nəql edilib.
Ölkənin magistral qaz kəmərləri ilə ötən ay 2,3 mlrd. kubmetr və ya 16,4% çox qaz nəql olunub. Nəql edilmiş qazın 27,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 0,7 mlrd. kubmetr qaz ötürülüb.