Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 502 min 255 ton Azərbaycan nefti nəql olunub.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 mln. 815 min 567 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu ilin may ayının 1-ə qədər BTC-yə 302 mln. 490 min 956 ton neft vurulub.
Bundan başqa, cari ilin aprel ayında BTC kəməri ilə 350 min 862 ton Türkmənistan nefti nəql olunub.