Bank Of Baku

Ötən ay Ceyhan limanından dünya bazarlarına 2 mln. tondan artıq neft çıxarılıb

Ötən ay Ceyhan limanından dünya bazarlarına 2 mln. tondan artıq neft çıxarılıb
# 05 iyun 2017 08:42 (UTC +04:00)

2017-ci ilin may ayı ərzində 2 mln. 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu həcmin 1 mln. 322 min 980 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 mln. 275 min 528 ton təşkil edib.

 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər Ceyhan limanından 330 mln. 110 min 127 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR