Bank Of Baku

Ötən ay Ceyhan limanından Azərbaycan neftinin nəqli 1,5% azalıb

Ötən ay Ceyhan limanından Azərbaycan neftinin nəqli 1,5% azalıb
# 12 mart 2014 13:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayı ərzində 2 252 897 ton Azərbaycan nefti Ceyhan (Qara dəniz, Türkiyə) limanından dünya bazarlarına çıxarılıb.

 

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azdır. Bu həcmin 1 642 408 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

 

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il martın 1-ə qədər Ceyhan limanından 237 326 097 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR