Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin noyabr ayı ərzində 2 mln. 306 min 69 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 mln. 340 min 24 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il dekabr ayının 1-ə qədər Ceyhan limanından 288 mln. 279 min 114 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.