Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin fevral ayında Ceyhan limanından 1 630 350 ton xam neft ixrac edib.
SOCAR-dan «APA-Economics»ə verilən məlumata görə, bu, 2014-cü ilin fevral ayı ilə müqayisədə 16,4% çoxdur.
Ümümilikdə, yanvar-fevral ayları ərzində Ceyhan limanından isə 3 328 118 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 11,2% çoxdur.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.