Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin fevral ayında Novorossiysk limanından 84 807 ton xam neft ixrac edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu, 2014-cü ilin fevral ayı ilə müqayisədə 0,12% azdır.
Ümümilikdə bu ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 254 314 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 49,9% çoxdur.
ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.