Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ay üzrə dünya bazarında xam neftin qiymətləri açıqlanıb.
Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 87,41 dollara, Urals nefti - 86,63 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 89,51 dollara satılıb.