Bank Of Baku

Ötən ay xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 24% ucuzlaşıb

Ötən ay xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 24% ucuzlaşıb
# 10 fevral 2015 12:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 20,9%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 24,0%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 5,3% ucuzlaşıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvarda mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 24,1% ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,4% bahalaşma müşahidə olunub, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə sabit qalıb.

 

Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 9,4%, neft məhsullarının istehsalı üzrə 8,8%, elektrik avadanlıqlarının istehsalı üzrə 7,8%, qida məhsullarının istehsalı üzrə 3,9%, mebel istehsalı üzrə 1,6%, tütün məmulatlarının istehsalı üzrə 1,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9%, içki istehsalı üzrə 0,6%, tikinti məmumatlarının istehsalı üzrə 0,3%, geyim istehsalı üzrə 0,1% ucuzlaşıb, toxuculuq sənayesi üzrə 3,0%, metallurgiya sənayesi üzrə 1,5%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5%, poliqrafiya fəaliyyəti üzrə 0,3%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

 

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR