Bank Of Baku

Ötən ay Azərbaycan Gürcüstana qaz ixracını 1%-dən çox artırıb

Ötən ay Azərbaycan Gürcüstana qaz ixracını 1%-dən çox artırıb
# 20 fevral 2018 10:42 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan Gürcüstana 44 mln. 064,9 min ABŞ dolları dəyərində 222 min 376,3 kubmetr qaz ixrac edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı statistikada qeyd edilib.

 

2017-ci ilin yanvar ayı ilə müqayisədə ixrac edilən qaz həcm baxımından 3 min 073,7 kubmetr və ya 1,40% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə ixrac 3 mln. 616,5 min dollar və ya 7,58% azdır.

 

Qeyd edək ki, ötən ilin birinci ayında  Azərbaycandan Gürcüstana 47 mln. 681,4 min dollar dəyərində 219 min 302,6 kubmetr yanacaq qazı və digər qazları ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR