Ötən il "Petkim Petrokimya Holding A. Ş."-nin ("Petkim") işçilərinin sayı 76 nəfər azalıb.
"APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, ötən ilin sonuna holdinqdə çalışan əməkdaşların sayı 2 395 nəfər təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 76 nəfər və ya 3,1% azdır.
Hesabatda işçilərin sayının azalma səbəbləri açıqlanmayıb.