Bank Of Baku

Ötən il “Azəri-Çıraq-Günəşli”dən SOCAR-a 2,76 mlrd. kubmetr səmt qazı verilib

Ötən il “Azəri-Çıraq-Günəşli”dən SOCAR-a 2,76 mlrd. kubmetr səmt qazı verilib
# 19 fevral 2015 12:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2014-cü ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokundan Azərbaycan Dövlət Neft Şirkətinə gündə orta hesabla 7,55 mln. kubmetr, ümumilkdə isə il üçün 2,76 mlrd. kubmetr səmt qazı verilib.

 

AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində AÇG “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazını 28 düymlük sualtı qaz kəməri vasitəsilə birbaşa “Səngəçal” terminalına və oradan da ölkənin daxili istifadəsi üçün “Azəriqaz” dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib.

 

“Azəri” yatağındakı üç platformadan – “Mərkəzi, Qərbi” və “Şərqi Azəri”dən, səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri”dəki kompressor və suvurma platformasına göndərilib və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub, qalan hissəsi isə “Səngəçal” terminalına nəql edilib. “Qərbi Çıraq”dan hasil edilən səmt qazının böyük hissəsi də “Səngəçal” terminalına göndərilib.

 

“Çıraq” platformasından hasil edilmiş səmt qazının əksər hissəsi mövcud 16 düymlük sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilib.

 

2014-cü ildə BP buxarlanan qaz kompressorları və boru kəmərləri üçün planlaşdırılmış işləri başa çatdırıb. Bu isə “Çıraq” platformasında məşəldə yandırılan qaz həcminin xeyli azalmasına imkan verib.

 

Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited (OVL)” (2,7%) təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR