Bank Of Baku

Ötən il “Şahdəniz”dən 10,2 mlrd. kubmetr qaz və 2,4 mln. ton kondensat hasil edilib

Ötən il “Şahdəniz”dən 10,2 mlrd. kubmetr qaz və 2,4 mln. ton kondensat hasil edilib
# 16 fevral 2018 09:32 (UTC +04:00)

2017-ci il ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

 

Yatağın operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, il ərzində yataqdan 10,2 mlrd. standart kubmetr qaz və 2,4 mln. ton (təqribən 19 mln. barel) kondensat hasil edilib.  Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) standart kubmetrdir.

 

2017-ci ildə “Şahdəniz 1”-in Alfa platformasında SDA10 quyusu tamamlandı və istismara təhvil verilib. SDA11 quyusunda isə qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir.

 

“Şahdəniz 2” üzrə, “İstiqlal” qazma qurğusu və “Maersk Explorer” hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyu tamamlayıb.

 

“Şahdəniz 2”nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), “Cənub Qaz Dəhlizi Apstrim” (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%) şirkətlərinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR