Bank Of Baku

Ötən il Azərbaycan elektrik enerjisi ixracını 3% azaldıb

Ötən il Azərbaycan elektrik enerjisi ixracını 3% azaldıb
# 25 fevral 2015 14:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Azərbaycanda elektrik enerjinin istehsalı 22 690,3 mln. kVts olmaqla, 2013-cü ilin müvafiq dövrü ilə (21 535,2 mln. kVts) müqayisədə 5,4% artıb.

 

APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin yanacaq-energetika kompleksində görülmüş işlər barədə 2014-cü il üzrə hesabatında dərc edilib.

 

Hesabata görə, İstilik Elektrik Stansiyalarında (İES) 21 401,3 mln. kVts, Su Elektrik Stansiyalarında (SES) isə 1 289,0 mln. kVts enerji istehsal olunub.  İstehsal İES-lərdə müvafiq dövrlə müqayisədə 6,7% artıb, SES-lərdə isə 12,3 % azalıb.

 

2014-cü ildə elektrik enerjisinin ixracı 489,2 mln. kVts olmaqla, 2013-cü illə müqayisədə 1,4%, idxalı isə 124,0 mln. kVts olmaqla 2.6 % azalıb.

 

Ötən il hər kVts elektrik enerjisinin istehsalına xüsusi yanacaq sərfiyyatı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 303,7 q/kVts-dan 293,5 q/kVts-a qədər (10,2 q/kVts) azalıb. Bu da 210,6 min ton şərti yanacağın qənaət edilməsinə səbəb olub.

 

Nazirlər Kabinetinin təsdiq etdiyi 2014-cü il üzrə Yanacaq-Enerji Balansında hesabat ili üçün yanacağın xüsusi sərfiyyatı 303,5 q/kVts 12 təsdiqlənib, faktiki sərfiyyat isə bu göstəricidən 10,0 q/kVts ( 206,5 min ton ş.y.) az olub. Elektrik və istilik enerjisinin istehsalına ümumilikdə 6 138,2 min ton şərti yanacaq, o cümlədən, təbii qaz – 6 132,50 min t.ş.y., mazut – 4,22 min ton, dizel yanacağı isə 1,50 min t.ş.y. istifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR