Ötən ilin dekabr ayında SOCAR tərəfindən 585,9 min ton neft hasil edilib.
"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, 2015-ci ilin dekabr ilə müqayisədə 1,44% çox, ötən ilin noyabr ayı ilə müqayisədə isə 5,19% çoxdur.
Ötən il ərzində SOCAR tərəfindən 7 mln. 522,4 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,82% azdır.
Bu ilin dekabr ölkə üzrə 3 mln. 3314,9 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,32% az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 10,56% çoxdur.
Ötən il ərzində Azərbaycanda ümumilikdə 41 mln. 34,5 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 1,33% azdır.