2017-ci ildə Azərbaycan 10 mlrd. 706 mln 817,77 min dollar dəyərində 27 mln. 227 min 902,15 ton xam neft ixrac edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından 2016-cı illə müqayisədə 4 mln. 202 min 300,5 ton və ya 64,61% çoxdur, məbləğ baxımından isə 6 mlrd. 326 mln. 611,18 min dollar və ya 30,26% çoxdur.
Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycandan xarici ölkələrə 6 mlrd. 504 mln. 517,27 min dollar dəyərində 20 mln. 901 min 290,97 ton xam neft ixrac edilib.
Qeyd edək ki, 2017-ci ildə xam neftin ixracı Azərbaycanın ümumi ixracının 77,52%-ni təşkil edib.