Bank Of Baku

Ötən il Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 18,3 mln. kubmetr qaz ötürülüb

Ötən il Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 18,3 mln. kubmetr qaz ötürülüb
# 19 fevral 2015 14:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2014-cü ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 18 mln. 286 min kubmetr qaz olub.

 

APA-Economics”in məlumatına görə, bu barədə yatağın əsas operatoru olan “BP-Azerbaijan” şirkətinin yaydığı illik hesabatında deyilir.

 

Ötən il CQBK ilə bağlı fəaliyyətlərə təqribən 50 mln. dollar əməliyyat xərcləri və 0,9 mlrd. dollar əsaslı xərclər sərf edilib.

 

Xatırladaq ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz Mərhələ 1” qazını çatdırır.

 

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları BP (operator – 28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), “Statoil” (15,5%), “Lukoil” (10%), “Niko” (10%), və TPAO (19%) şirkətləri təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR