2017-ci ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 29 mln. dollar əməliyyat xərcləri və 784 mln. dollar əsaslı xərclər sərf edilib.
“BP-Azerbaijan” şirkətindən “APA-Ecionomics”ə verilən məlumata görə, ötən il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,5 mln. kubmetr qaz olub.
Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).