Bank Of Baku

Ötən il ərzində Səngəçal terminalından göndərilən neft və qazın həcmi açıqlanıb

Ötən il ərzində Səngəçal terminalından göndərilən neft və qazın həcmi açıqlanıb
# 16 fevral 2018 09:05 (UTC +04:00)

2017-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

 

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 30 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 mln. standart kubmetrdir.

 

İl ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 283 mln. barel neft və kondensat, o cümlədən 253 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28 mln. barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 2 mln. barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac edib.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27,5 mln. standart kubmetr “Şahdəniz” qazı ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR