Bank Of Baku

Ötən il Heydər Əliyev adına Neft Emalı Zavodunda 5,8 mln. ton xam neft emal olunub

Ötən il Heydər Əliyev adına Neft Emalı Zavodunda 5,8 mln. ton xam neft emal olunub
# 05 mart 2018 12:47 (UTC +04:00)

2017-ci ildə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 5 810,0 min ton xam neft emal olunub.

 

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında əksini tapıb.

 

Hesabata əsasən, emal olunmuş xam neftin 1215,2 min ton avtomobil benzini, 588,0 min ton reaktiv mühərrik yanacağı, 1895,1 min ton dizel yanacağı istehsal edilib.

 

Bundan başqa, zavodda 212,5 min ton maye qazlar, 237,2 min ton bitum, 34,9 min ton sürtkü yağları, il ərzində həyata keçirilmiş tədbirlər sayəsində neft emalının dərinliyi 91.9% olub.

 

Məlumata görə, əmtəə neft məhsullarının 82%-i  daxili bazara, qalan 18% isə ixracata yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR