2017-ci ildə Qaz Emalı Zavodunda 2 918,3 mln. kubmetr təbii qaz emal olunub.
"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabata əsasən, emal edilmiş qazın 2 866,67 mln. kubmetr təmizlənmiş quru qaz, 11,9 min ton texniki butan, və 20,1 min ton qaz benzini istehsal edilib.
Qaz benzini və texniki butanın 48%-i xammal olaraq SOCAR-ın neft emalı və neft-kimya müəssisələrinə verilib. Texniki butanın 52%-i isə daxili bazarda satılıb.