Bank Of Baku

Paytaxt sənayesində özəl sektorun payı 81%-ə çatıb

Paytaxt sənayesində özəl sektorun payı 81%-ə çatıb
# 04 iyul 2017 08:17 (UTC +04:00)

2017-ci ilin yanvar-may aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,3% azalaraq 13,2 mlrd. manat təşkil edib.

 

Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 82,2%-i mədənçıxarma, 15,2%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

 

Sənayedə qeyri-dövlət sektorunun payı 80,8% olub. Ümumi istehsalın 86%-i sənaye məhsulunun istehsalı, 14%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2017-ci il vəziyyətinə 395,3 mln. manatlıq hazır məhsul olub.

 

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 15,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR