2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərinin sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,7% azalaraq 29,9 mlrd. manat təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 81,5%-i mədənçıxarma, 16,2%-i emal, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 81,2% olub.
Ümumi istehsalın 86,5%-i sənaye məhsulunun istehsalı, 13,5%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında dekabrın 1-ə 181,9 mln. manatlıq hazır məhsul olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 15,9 mln. manat məbləğində digər məhsullar da mövcuddur.