Bu ilin yanvar-may ayları ərzində Bakıda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 139,7 mln. manat olub.
Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 7,5% azalma deməkdir.
Neft məhsullarından avtomobil benzininin istehsalı 11,3%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,9%, neft bitumunun istehsalı 26,4%, neft koksunun istehsalı 21,8%, sürtgü yağlarının istehsalı 82% artıb.
Bu dövr ərzində yanacaq mazutunun istehsalı 35,6%, dizel yanacağının istehsalı 17,7%, ağ neftin istehsalı 7,6% azalıb.