Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan müstəqilliyinin 25-ci ildönümündədir. Ölkəmiz bu illər ərzində müstəqil və yaxşı yaşamağa qadir olduğunu göstərib”.
APA-nın məlumatına görə, bunu bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, neft ölkələri, o cümlədən Azərbaycan üçün 2016-cı il sınaq ilidir: “Azərbaycan bu sınaqdan uğurla çıxır. 2016-cü il sabitləşmə ili olmalıdır, gələn il isə artım olacağına inanıram. Hər il iqtisadi artım olub, indi yeni dövr başlayıb. Ancaq biz istənilən sınaqdan uğurla çıxa bilirik və çıxacağıq”.
Prezident İlham Əliyev bildirib ki, əsas məqsədlərdən biri sosial layihələrin ardıcıl icra edilməsidir: “Pensiyalar 10 faiz artırılıb, bütün sosial layihələr icra edilir. Neft qiymətlərinin düşməsi bir növ sınaq oldu. Xarici investorlar bizə inanırlar, biz yaxşı reputasiya qazanmışıq”.
Dövlət başçısı qeyd edib ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri bu sərgiyə xüsusi maraq göstərirlər: “ABŞ prezidenti və Böyük Britaniya baş nazirinin təbriklərini göndərməsi sərginin əhəmiyyətini göstərir”.
Prezident İlham Əliyev: “2016-cı il neft ölkələri, o cümlədən Azərbaycan üçün sınaq ilidir”
01 iyun 2016 08:02 (UTC +04:00)
Sənaye və energetika
Azərbaycan Bolqarıstana bu ölkənin illik sərfiyyatının 55 %-dən çox qaz ixrac edəcək
15:47
8 may 2024
Qlobal neft hasilatının artım tempi gələn il cüzi sürətlənəcək - PROQNOZ
12:52
8 may 2024
EIA qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb
11:47
8 may 2024
Dünya bazarlarında neft ucuzlaşıb
09:56
8 may 2024