Bank Of Baku

Prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 28 mart 2017 08:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gəlib.

 

APA-nın xəbərinə görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Saatlı şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.

 

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə prezidentə məlumat verib.

 

Sonra dövlət başçısı Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.  “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlər barədə dövlət başçısına ətraflı məlumat verib. Bildirilib ki, 1982-ci ildən istismarda olan açıq paylayıcı quruluşlu 110/35/10 kilovoltluq “Sarıcalı” yarımstansiyası istismar müddətini başa vurduğundan Saatlı rayonunun fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik təchizatını təmin etmirdi. Rayonun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənməsi, habelə 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi məqsədilə 110 kilovoltluq “1-ci İmişli” hava xəttindən qidalanan açıq paylayıcı quruluşlu 110/35/6 kilovoltluq “Sarıcalar” yarımstansiyasının yerində iki mənbədən “1-ci və 2-ci İmişli” hava xətlərindən qidalanan qapalı paylayıcı quruluşlu yeni yarımstansiya inşa edilib.

 

Prezident İlham Əliyev yarımstansiya ilə tanış olub.

 

Yarımstansiyanın tikintisi İmişli, Saatlı və Biləsuvar rayonlarının 110 kilovoltluq paylayıcı şəbəkələrini əlaqələndirəcək dairəvi elektrik təchizat sxeminin yaradılmasının ilk mərhələsidir ki, bununla da “Cənub” Elektrik Stansiyasından 330/110 kilovoltluq “İmişli” və iki 220 kilovoltluq “Salyan” və “Masallı” yarımstansiyalarından qidalanan 110 kilovoltluq 11 yarımstansiyanın əlaqələndirilməsini təmin edəcək. Saatlı rayonunda yaradılacaq Aqroparkın elektrik enerjisi ilə təminatı yeni dairəvi sxemlə mümkün olacaq.

 

Saatlı rayonunda 22547 abonent var ki, onlar rayon mərkəzini və 44 kəndi əhatə edir.

 

Dövlət başçısına “Azərişıq”ın fəaliyyəti dövründə Aran regionunda görülən işlər barədə ətraflı məlumat da verilib. Qeyd olunub ki, qısa müddətdə 35 kilovoltluq 45 yarımstansiyada təmir-bərpa işləri görülüb.

 

Prezident İlham Əliyev 110 kilovoltluq “Sarıcalı” yarımstansiyası ilə yanaşı, 35 kilovoltluq altı yarımstansiyanı da işə salıb.

 

Dövlət başçısı müasir avadanlıqların quraşdırıldığı 35 və 10 kilovoltluq Qapalı Paylayıcı Qurğulara baxıb. Prezident İlham Əliyevə yarımstansiyanın həyətindəki 110 kilovoltluq Açıq Paylayıcı Qurğu haqqında da ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR