“APA-Economics” “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Putin: “Rusiya Ukrayna üçün qazın qiymətində əvvəlki güzəşti edə bilməyəcək”
24 iyun 2015 16:25 (UTC +04:00)
Bakı. Musa Əhmədov – APA-Economics. "Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Rusiya Ukraynaya qazın qiymətində əvvəlki güzəşti edə bilməyəcək".
“APA-Economics” “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Ukrayna üçün qazın qiyməti qonşu ölkələrlə müqayisədə yüksək olmamalıdır.
“Burada əsas məsələ qazın qiymətidir. Aydındır ki, neftin qiymətinin ciddi şəkildə aşağı düşdüyü bir vaxtda qazın qiyməti "qara qızıl"ın qiymətinə əsasən müəyyən olur. Son nəticədə biz əvvəlki kimi güzəştlər tətbiq edə bilmərik. Amma istənilən halda Ukrayna istehlakçıları üçün yekun qiymət Polşa və digər qonşu ölkələrdəki səviyyədən yüksək olmamalıdır”, - deyə o vurğulayıb.
Sənaye və energetika
"Azeri Light" nefti ucuzlaşıb
11:04
11 may 2024
"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
17:51
10 may 2024
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb
14:05
10 may 2024
Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin azalıb
13:09
10 may 2024