Limanın direktoru Berik Uandıkov «APA-Economics»ə açıqlamasında bildirib ki, artıq gələn ildən Aktau limanından 4 mln. ton neft Azərbaycana göndəriləcək.
B.Uandıkovun sözlərinə görə, bunun 3 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunacaq, qalan 1 mln. ton isə Azərbaycan ərazisi ilə Gürcüstanın Kulevi terminalına (Gürcüstan, Qara dəniz) daşınacaq.
Qeyd edilir ki, bu məsələ ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır.